İranın Türkmənsəhra bölgəsində baş vermiş sel fəlakəti farsdilli mediada və telekanallarda yayımlanmır.
Axar.az-a istinadən xəbər verilir ki, zərərçəkənlər İran Teleradio Şirkətinin təbii fəlakətə laqeyd münasibətinə kəskin etiraz edirlər.
Sel fəlakətinə məruz qalan türkmənlər yemək, çadır, isti geyim, adyal və s. kimi yardımlara ehtiyacı olduğunu deyiblər:
“Dövlətin bölgəyə göndərdiyi yardım olduqca məhduddur. Məsullar təbii fəlakət bölgəsinə gəlmir. Şəhər icra hakimiyyətinə müraciət edərək ekskavator tələb etdik, lakin bizi idarədən çölə çıxartdılar”.
Qeyd edək ki, təbii fəlakət Günbəd Kavus, Ağ Qala, Qaimşəhr kimi şəhərlərdə yüzlərlə evi dağıdıb, infrastrukturu tamamilə məhv edib. Sel fəlakətinə görə minlərlə insan çıxılmaz vəziyyətdə qalıb.
İran TV-ləri bunu gizlədir? - Minlərlə insan çıxılmaz durumda

Bölmənin xəbərləri