İran Talibanla danışıqlar aparır – Şamxanidən etiraf

26/12/2018 - 16:27 4 456 0   0  

İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Kabilə səfəri zamanı Tehranın Taliban nümayəndələri ilə görüşdüyünü bildirib.

Bunu Şamxani əfqan həmkarı Həmdullah Mohiblə görüşü zamanı söyləyib. Şamxaninin sözlərinə görə, Talibanla İran siyasətçiləri birinci dəfə deyil ki, görüşürlər:
“Biz Əfqanıstan hökumətini xəbərdar edib, Talibanla danışıqlar aparmışıq. Belə praktika gələcəkdə də davam edəcək. Bu danışıqlar Əfqanıstanın təhlükəsizlik probleminin həllinə yardım edir”.
Qeyd edək ki, Talibanla son zamanlar Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələri də görüşüb.