İran prezidentinin telefonu dinlənilirmiş

29/10/2018 - 18:37 1 663 0   0  

“İran Prezidenti Həsən Ruhaninin cib telefonunun dinlənilməsi hadisəsindən sonra dinlənilməsi mümkün olmayan bir telefon istehsal etmək haqqında qərar qəbul etdik”
“Anadolu” agentliyi xəbər verir ki, bunu İran mülki müdafiə təşkilatının sədri Qulamrza Celali bildirib.
O, “Ruhaninin cib telefonunun dinləndiyi ilə bağlı son hadisə” dedikdə nəyi nəzərdə tutduğu barədə məlumat verməyərək, dinlənilməsi mümkün olmayacaq telefon istehsal etmək qərarına gəldiklərinə söyləyib.
Qeyd edək ki, Mülki Müdafiə Təşkilatı İran Silahlı Qüvvələrinin Baş Qərargahına bağlı qurumdur.