İran özünə yeni neft bazarları tapdı

05/01/2019 - 22:01 7 735 0   0  

Beynəlxalq hüququ pozaraq ABŞ-ın birtərəfli qaydada İrana qarşı sanksiyaları bərpa etməsinə və Tehranın neft gəlirlərini sıfıra endirmək istəyinə baxmayaraq, İran özünə yeni alıcılar tapıb.

Bunu İranın neft nazirinin müavini Əmir Hüseyin Zamaniniyə deyib.

Onun sözlərinə görə, ABŞ-ın İrandan konkret həcmdə neft idxalına möhlət verdiyi ölkələr sanksiyalardan şikayət edirlər və daha çox neft ala bilmirlər. Lakin buna rəğmən, İran özünə yeni neft bazarları tapıb.

“Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və İrandan neft idxalına görə ABŞ-dan möhlət alan digər ölkələr İrandan bir barel də olsun daha çox neft idxal etmək istəmirlər. Amma ABŞ-ın İran neft bazarına təzyiqlərinə baxmayaraq, rəqabətli bazar, tamah və daha çox mənfəət qazanmaq kimi səbəblərə görə İran neftinin potensial alıcılarının sayı əhəmiyyətli dərəcədə artıb”, - deyə Hüseyin Zamaniniyə vurğulayıb.

Azvision.az bildirir ki, bununla belə o, İran neftinin yeni alıcılarının kim olduğunu açıqlamayıb.