İran nüvə yanacağını əldə etməkdə sərbəst olduğunu bəyan etdi

29/05/2020 - 11:45 430 1   2  

İranın atom enerjisi təşkilatının rəsmisi Bəhruz Kamalvandi bəyan edib ki, İran Rusiyanın iştirakı da olmadan özünü nüvə yanacağı ilə təmin edə bilər.

Suveren.az bu barədə "Vestnik Kavkaza" saytına istinadla bildirir. “Buşer” AES üçün son nüvə yanacağı Rusiyadan aprelin sonunda gətirlimişdi. “Bizim yanacaq hər dəfə Rusiyadan problemsiz olaraq gətirilir. Əgər yanacaq bitsəgələcəkdə biz onu başqa ölkədə istehsal edə biləcəyik” o deyib. Həmçinin, Kamalvandi Böyük Britaniyadan və Çindən olan mütəxəssislərin iştirakı ilə Arakda reaktorun yenidən qurulması işlərinin ləngiməsi ilə narazılığını bildirib. O bildirib ki, ABŞ sanksiyaları və nüvə razılaşmasının realizasiyası ilə bağlı situasiya reaktorun yenidən qurulmasına təsir edib. “Bununla belə, İranın xaricdən nüvə yanacağını təmin etməyi necə bacaracağı əsas msələlədir. Onun yaradılması texnologiyası kifayət qədər çətindir. Kritik məqamda Rusiya bu yanacağın yaradılma texnologiyasını əldə etmətkdə İrana kömək edə bilər” deyə Yaxın və Orta Şərq ölkələrinin öyrənilməsi Mərkəzinin baş elmi işçisi Vladimir Sajin bildirib.

Suveren.az