İran hər zamankı ampluasında: "Tərəflər döyüşləri durdurmalıdır"

27/09/2020 - 19:20 364 0   0  

İran Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan arasında gedən döyüşlərə dair verdiyi açıqlamada, "Tərəflər döyüşləri durdurmalıdır" deyərkən, döyüş zamanı top mərmisinin İran torpaqlarına düşdüyü iddia edildi.

Suveren.az bu barədə "Hürriyet"ə istinadla bildirir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hücumları qarşısında cəbhə xətti boyunca geniş miqyaslı hücuma keçildiyini bildirdi. Cəbhə xəttində baş verən döyüşlərin ardınca İran açıqlama verdi. İran xarici işlər naziri mətbuat katibi Said Hatibzadə tərəfindən verilən yazılı açıqlamada, “İran İslam Respublikası, Azərbaycan ilə Ermənistan arasındakı döyüşləri yaxından və narahatlıqla izləməkdədir. Tərəfləri soyuqqanlı olmağa çağırarkən, döyüşlərin dərhal sona çatması və müzakirələrin başladılmasına çağırış edirik. Tərəflər arasında atəşkəsin təmin olunması və danışıqların başlaması üçün İran bütün vasitələri istifadə etməyə hazırdır” ifadələrinə yer verildi. 

İranın Mehr xəbər agentliyi, döyüş bölgəsindən atılan topun İranın Şərqi Azərbaycan bölgəsinə düşdüyünü xəbər verdi. Xudafərin vilayətinə aid Xələfbəyli kəndi ərazisinə düşdüyü bildirilən top mərmisinin hər hansı bir dağınıtıya və ya təlafata səbəb olmadığı açıqlandı.