İordaniyada güclü yağışlar nəticəsində azı 11 nəfər həlak olub

10/11/2018 - 22:36 8 227 0   0  

İordaniyada leysan yağışları nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 2 nəfər isə itkin düşmüş sayılır.

Bu barədə İordaniya hökumətinin nümayəndəsi Cuman Qneymatın bəyanatında deyilir. Onun sözlərinə görə, Mülki Müdafiə Xidmətinin yüzlərlə əməkdaşı axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Noyabrın 9-da İordaniyanın hakimiyyət orqanları leysan yağışları səbəbindən “Petra” tarixi parkının bütün ziyarətçilərinin təxliyəsi barədə qərar qəbul edib.