"İndiki hərbçilər bizə baxıb görsünlər ki, onları gələcəkdə nə gözləyir": - Erməni zabitlər etiraza qalxdı

08/02/2019 - 14:54 5 719 0   0  

Dünən Ermənistanın hökumət binası yaxınlığında ordunun təqaüddə olan zabitləri öz etirazlarını bildirmək üçün bir yerə toplaşıblar.
Suveren.az Ordu.az-a istinadən xəbər verir ki, onlar keçmiş qanunvericiliyə əsasən təqdim edilməli olan mənzilləri on illərlə gözlədiklərini bildiriblər. 
"İndi isə qanunvericiliyi dəyişməyə cəhd edərək İrəvanda mənzillərin 50%-ni bölgələrdə isə 100%-ni verməyə çalışırlar. Lakin bu təklif olunan vəsaitlə heç kim mənzil ala bilməyəcək. Əvvəlki qanuna əsasən verilməli olan pulsuz mənzilləri maliyyə dəstəyi adı altında yeni qaydalarla vermək istədiklərini qeyd ediblər. Çox dəyərsiz bir qərardır. Veriləcək məbləğlərlə heç bir mənzil əldə etmək mümkün deyil. Vilayətlərdə mənzillərin dəyərinin 100% ödənilməsi haqqında deyilənlər siyasi qərardır. Bunun məqsədi vilayətlərdə və İrəvanda məskunlaşan təqaüdçü zabitlər arasında fərq yaratmaqdır", - deyə erməni zabitlər etiraz ediblər. 
Təqaüdçü zabit Solak Xaçatryanın sözlərinə görə, bu ümumilikdə mənəvi psixoloji məsələdir. 
"Ona görə ki, bugünkü hərbi qulluqçular yaşlaşdıqda necə yaşayacaqlarını görürlər. Qoy indiki hərbi qulluqçular bizə baxıb görsünlər ki, onları gələcəkdə nə gözləyir. Məsələ yalnız mənzil problemində deyil, həmçinin məzuniyyətlərin ödənişləri məsələsi də bir problem olaraq meydana çıxıb", - deyə o əlavə edib.