İMİŞLİDƏ DƏ SEÇKİ SAXTALAŞDIRLIR - Xanhüseyn Kazımlının qızınI deputat seçdirmək istəyirlər...

09/02/2020 - 12:18 247 0   0  

80 saylı İmişli-Beyləqan seçki dairəsində seçki qanunvericiliyi ciddi şəkildə pozulur.
Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən dairədə namizəd olan V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova qanunvericiliyə zidd olaraq seçicilər üçün avtobuslar və minik avtomobilləri təşkil edərək onları məntəqələrə gətizdirir.
Bu işi isə Əsli Kazımovanın Bakıdakı biznesmen və bankir qardaşları tərəfindən həyata keçirilir.
Belə ki, Əsli Kazımovanın qardaşları -  biznesmen Samir Kazımlı və "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədri Fəxri Kazımov Bakı nömrəli avtomobil və avtobusları rayonda seçiciləri daşımaq üçün səfərbər ediblər.
Qardaşların biznesmen və bankir dostları da ona yardımçı olmaq üçün İmişliyə “ezam” olunublar.  
Qeyd edək ki,  sözügedən dairədən Milli Məclisin deputatı Çingiz Qənizadə də namizədliyin irəli sürüb.