İlon Mask artıq dünyanın ən zəngin adamı deyil... - BERNAR ARNO ONU 10 MİLYARD DOLLAR FƏRQLƏ QABAQLADI

14/12/2022 - 12:40 388 0   0  

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask dünyanın ən varlı adamları siyahısında birinci yeri itirib.

Qafqaz.media xəbər verir ki, “Forbes” və “Bloomberg”-ə görə, LVMH şirkətinin rəhbəri Bernar Arno (Bernard Arnault) indi planetin ən varlı adamı hesab olunur.

“Forbes”-in məlumatına görə, Maskın sərvəti hazırda 178 milyard dollardır. O, elektrik avtomobil istehsalçısı “Tesla”-nın təxminən 14%-nə sahibdir və oktyabr ayında “Twitter”-in 44 milyard dollarlıq alışını tamamlayıb.

Fransız milyarder Arnonun ümumi sərvəti isə 188 milyard dollar təşkil edib.

Notr-Dam üçün €200 mln. və Bernard Arnault haqqında daha 7 fakt

Qeyd edək ki, LVMH Fransanın lüks konqlomeratıdır. Şirkət 1987-ci ildə “Louis Vuitton” və “Moët Hennessy” moda evlərinin birləşməsi nəticəsində yaradılıb və hazırda 75 lüks brendi birləşdirir. 2021-ci ildə LVMH Avropanın ən dəyərli şirkəti kimi tanınıb. Biznes Arno ailəsi tərəfindən idarə olunur.

Xatırladaq ki, Maskın “Twitter”-i satın alması çoxsaylı qalmaqallar və məhkəmə çəkişmələri ilə müşayiət olundu. Aprel ayında milyarder şəbəkəni 44 milyard dollara almaq niyyətində olduğunu açıqladı ki, bu da bazar qiyməti ilə müqayisədə çoxlarının olduqca yüksək hesab etdiyi bir məbləğdir. İyul ayında iş adamı bu addımını “Twitter”-də çoxlu sayda saxta hesab və botlarla izah edərək təklifini geri götürüb. Bundan sonra “Twitter” menecerləri Maskı məhkəməyə verib, onu müqaviləni tamamlamağa məcbur etməyə çalışıblar.

Bütün bu hadisələrin fonunda “Tesla” səhmləri davamlı olaraq ucuzlaşırdı.

İlon Mask dünyanın ikinci ən varlı insanı olub - Tech.az

“Wedbush Securities” investisiya firmasının sözçüsü Dan AyvesI hadisəni elektrik avtomobil istehsalçısının qiymətinə zərbə vuran "sirk" adlandırıb.

“"Tesla”nın səhmləri baxımından Mask Uoll-stritdə “super qəhrəman” olmaqdan “caniyə” çevrildi”, - Ayves deyir.

Maskın digər hərəkətləri də “Tesla”nın dəyərini aşağı saldı: “Twitter”-i əldə etmək üçün o, avtomobil istehsalçısının milyardlarla dollarlıq səhmlərini satdı.

İnvestorlar həmçinin iqtisadiyyatda ümumi tənəzzül və kredit faizlərinin artması fonunda “Tesla” elektrik avtomobillərinə tələbatın azalmasından qorxurlar. “Tesla” da qüsurlara görə bəzi avtomobillərini geri çağırmaq məcburiyyətində qalıb.

Kaşmir paltolu canavar": 72 yaşlı milyarder -

Mask ilk dəfə “Forbes” milyarderlər siyahısında 2021-ci ilin yazında, sərvəti 171 milyard dollar olaraq qiymətləndirilən “Amazon”-un qurucusu Jeff Bezos-u yerindən tərpətdikdən sonra, sərvəti 219 milyard dollara çatanda birinci olub. O zaman fransalı iş adamı Bernar Arno üçüncü yerdə idi. O, ilk üçlüyə 2020-ci ildə daxil olub. “Forbes”-in məlumatına görə, o vaxtdan bəri Arno ailəsinin sərvəti iki dəfədən çox artıb - 76 milyard dollardan 158 milyard dollar çatıb.

Hazırladı: Qafqaz.media