"İlham Əliyev dünyada yaşayan hər bir azərbaycanlının prezidentidir" - Tağı Əhmədov

24/12/2018 - 13:14 781 0   0  

"Cənab Prezident İlham Əliyev 2003-cü ildən bu günədək Azərbaycanda görülməsi vacib olan ən qlobal işləri yerinə yetirib. Cənab İlham Əliyev özünün andiçmə mərasimində söylədiyi kimi, bu gün o, hər bir azərbaycanlının prezidentidir. Ötən 15 il ərzində xalqımızın maddi rifahının yaxşılaşdırılması, respublikada bütün sahələrdə əldə edilən inkişaf və digər bu kimi nailiyyətlər hörmətli Prezidentimizin gördüyü işlərin bariz nümunəsidir. Bu inkişaf getdikcə özünün zirvə nöqtəsinə yaxınlaşır".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib. 
T.Əhmədov deyib ki, mərhum prezident Heydər Əliyevin qoyduğu bütün strateji xətlərin hamısını dövlət başçısı İlham Əliyev çox uğurla yerinə yetirir və inkişaf etdirir:
"Bütün bunlar Azərbaycanın xoşbəxtliyidir. Mən çıxışlarımda dəfələrlə bildirmişəm ki, Azərbaycana 2 dəfə xoşbəxtlik verilib. Birinci xoşbəxtlik Heydər Əliyevin Azərbaycanı imperiyanın caynağından xilas etməsi olub. İkinci xoşbəxtlik isə o oldu ki, mərhum Heydər Əliyev Klivlend xəstəxanasından xalqa müraciət edərək İlham Əliyevin prezidentliyə namizəd olmasını təklif edib. Xalqımız bu təklifə cavab verərərək, cənab İlham Əliyevi prezident seçib. Həmin vaxtdan indiyədək Azərbaycanın xoşbəxt günləri başlayıb".
T.Əhmədov qeyd edib ki, xalqını, Vətənini sevən hər bir kəs yalnız bu dövlətə xidmət etməlidir:
"Əgər bu gün xalqımızın seçdiyi Prezident İlham Əliyevdirsə, hamı ona xidmət etməlidir. Ona xidmət etmək yalnız Azərbaycanı xoşbəxtliyə və yüksəlişə gətirib çıxarırır. Ona görə də Ulu Öndər Heydər Əliyevin qoyduğu üç atribut Azərbaycan xalqı üçün çox önəmlidir və hər zaman yaddaşlarda qalacaq. Bunlardan biri müstəqil Azərbaycanın dünyada tanıdılmasıdır ki, Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev bu dövləti dünya ölkələri arasında tanıtdı. İkincisi Yeni Azərbaycan Partiyasını yaratmaq idi. O dövrdə bunu etmək çox çətin idi. Şükürlər olsun ki, Ulu Öndər Heydər Əliyev buna razılıq verdi və Yeni Azərbaycan Partiyası yaradıldı. Artıq 27 ildir ki, Yeni Azərbaycan Partiyası əvəzolunmaz siyasi təşkilata çevrilib. Bu gün YAP nəinki Cənubi Qafqazda, əksər dünya ölkələri arasında yeganə əvəzolunmaz demokratik partiyadır. Sovet İttifaqı vaxtı mövcud olmuş birpartiyalılıq dövründə 370 min azərbaycanlı bu partiyanın üzvü idisə, artıq ötən 26 ildə YAP-ın üzvlərinin sayı 750 min nəfəri keçib. Bu, Heydər Əliyevin işığına gəlməkdir. 
Üçüncü ən böyük xoşbəxtliyimiz isə cənab İlham Əliyevin prezident seçilməsidir. Bu Azərbaycan xalqı üçün əbədi və daimidir. Hesab edirəm ki, daimi də qalmalıdır".