İki uşaq atası intihar etdi - Oğlunun toyu olacaqdı

25/01/2019 - 17:39 6 073 0   0  

Göyçayda iki övlad atası özünü öldürüb.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb.
Kənd sakini, 1963-cü il təvəllüdlü İslamov İkram Müseyib oğlu özünü həyətlərində olan tövlədə asaraq intihar edib. Məlumata görə, intihar edən İkram İslamov bir neçə gün əvvəl oğluna nişan mərasimi keçirdib və yaxın günlərdə toy edəcəkmiş.
Hələlik 56 yaşlı kişinin özünə qəsd səbəbi bəlli deyil.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.