İki uşağını küçəyə atan qadının qardaşı: - "Kaş ki, ölüm xəbəri gələydi..."

05/02/2019 - 13:25 709 0   0  

“Onun ölüm xəbərini gözləyirəm”.

Bunu AzNews.az-a açıqlamasında Bərdə şəhərində iki azyaşlı körpəsini küçədə atıb qaçan Qazax rayon sakini Yeganə Osmanovanın qardaşı deyib. Onun sözlərinə görə, bacısı bu ailə üçün 11 il bundan öncə "ölüb":
“Yeganəyə el adəti üzrə elçi gəlmişdilər. Biz də onun razılığını aldıq. Ondan sonra el adəti üzrə gəlin köçdü və qısa vaxtda da qayıtdı evə. Sonra evdən getməyə başladı. Mən onu gətirdim. Nə qədər çalışdımsa, mənası olmadı. Yeganənin yolunda çox əziyyət çəkdim. Amma nə mənası... Onun haqqında danışmaq istəmirəm. Adını da çəkmirəm. Mənə onun ölüm xəbəri daha maraqlı olardı. Kaş ki, ölüm xəbəri də gələydi”.
Qeyd edək ki, bir neçə gün öncə 35 yaşlı Yeganə Osmanova Bərdə rayonunda iki azyaşlı uşağını küçədə ataraq qaçıb. Baxımsız vəziyyətdə olan uşaqlar rayon xəstəxanasına yerləşdirilib. Hazırda uşaqların Gəncədəki körpələr evinə yerləşdirilməsi istiqamətində sənədlər hazırlanır.