İki SU-30 SM qırıcısının pulunu erməni oliqarxlar verdi - BƏS BİZDƏ?

03/04/2019 - 14:35 1 987 0   0  

Ermənistanın Rusiyadan 4 SU-30SM qırıcısı almasına dair yeni təfərrüatlar məlum olub.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu qırıcılardan ikisinin pulunu erməni oliqarxlar verib. Qalan ikisini isə Ermənistan hökuməti Rusiyanın ayırdığı güzəştli kredit hesabına alıb.
“Jamanax” qəzetinin yazdığına görə Ermənistan hökuməti təyyarələrin ikisinin pulunu nəğd ödəyib. Məlum olub ki, həmin pullar oliqarxların Müdafiə Nazirliyinə könüllü ödəmələri hesabına əldə olunub. Onların arasında keçmiş prezident Serj Sərkisyanın qardaşı Saşik Sərkisyan da var. Lakin kimin konkret nə qədər verdiyi məlum deyil.
Xatırladaq ki, bundan əvvəl erməni oliqarxların 2016-cı ilin aprel müharibəsinin ardınca Ermənistan ordusunun təmas xətti boyu mövqelərində videomüşahidə-izləmə-komanda sistemlərinin yerləşdirilməsini də maliyyələşdirdikləri məlum olmuşdu. Həmin sistemlər ABŞ-ın hərbi sənaye şirkətindən alınmışdı.
Azərbaycanlı oliqarxların isə bu günə qədər orduya hansısa dəstəyi barədə eşidən olmayıb. Onlar pulları adətən çoxsaylı malikanələrə, elit fahişələrə və törəmələrinin saysız-hesabsız superkarlarına xərcləyirlər, yaxud offşorlarda gizlədirlər.