“İki helikopter cəlb olunub, biri də gəlir” - Kəmaləddin Heydərov hadisə yerində / VİDEO / YENİLƏNİB

26/03/2019 - 11:27 15 193 0   0  

"Yanğının qonşuluqdakı tiklilərə keçməsinə imkan verilməyib, əks halda hadisənin qarşısını almaq çox çətin olardı" 
Nazir KİV nümayəndələrinə açıqlamasında yanğını söndürmək üçün iki helikopterin cəlb olunduğunu açıqlayıb: "İkisi cəlb olunub, biri də hadisə yerinə gəlir. Ciddi bir yanğındır. Yaxşı ki, digər binalara keçməyib, qarşısı alınıb”. 
Bundan əlavə, K. Heydərov sahibkarlara kompensasiya verilməsinə isə belə münasibət bildirib: "Hər bir obyektin sahibi mallarını siğortalamalıdır. Dövlət tərəfindən kompensasiya olunması qanunən düzgün deyil. Bu, özəl müəssisədir. Bunlar sonrakı prosesslərdə müzakirə olunacaq məsələlərdir. Buna mən qərar vermirəm”. (qafqazinfo)
 
***

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhərinin Nizami rayonunda yanğın baş vermiş əraziyə gəlib.
FHN-in digər rəhbər şəxsləri və Çevik Polis Alayının komandiri Səhlab Bağırov və Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov da ərazidədir.
Ticarət mərkəzində yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir. (ONA)