İki avtomobil toqquşub, yaralanan var

21/12/2018 - 20:26 9 652 0   0  

Göygöldə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Suveren.az-ın “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Budaqov Hicran Pirəli oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.