İcra hakimiyyətləri belə narazılıq yaradır... - İDDİA

02/01/2019 - 11:06 1 678 0   0  

Rayonlarda büdcə təşkilatlarında çalışan şəxslər ildə 2 dəfə məcburi şəkildə dövlət qəzetlərinə, eləcə də iqtidar yönlü digər bir sıra qəzetlərə abunə yazılırlar.

Faktinfo.az-ın məlumatına görə,rayonlarda dekabr ayının əvvəlindən növbəti abunə kampaniyasına başlanılıb.Rayon İcra Hakimiyyətlərinin qeyri-rəsmi tapşırığı əsasında büdcə təşkilatlarında işləyən şəxslərin aylıq məvacibindən 20-30 AZN tutulur,hətta təhsil müəssisəsinin rəhbərləri müəllimlərdən açıq şəkildə pul tələb edir. Səbəbi də odur ki,həmin təhsil müəssisələrinin üzərinə 1500-2000 AZN civarında abunə öhtəliyi qoyulur.Bu vəziyyət isə 150-200 manat məvacib alan müəllimləri bir qədər də çətin vəziyyətə salır.
Məlumata görə,bu "əməliyyat"lardan rayon İcra Hakimiyyəti rəhbərləri də kifayət qədər gəlir əldə edə bilirlər. Belə ki,müəllim və həkimlərdən,büdcə təşkilatlarında çalışan digər işçilərdən yığılan on minlərlə vəsaitin təxminən yarısı redaksiyalara köçürülür,yerdə qalan məbləğ isə mənimsənilir. 
Bu proseslər isə hər kəsin gözü qarşısında baş verdiyindən artıq müəllimlər, həkimlər, digər maaşa qulluq edənlər əməlli-başlı cana doyublar.Onlar narazılıqlarını açıq-aşkar büruzə verməkdən belə çəkinmir, beynəlxalq praktikada qəzetlərə abunə yazılmağa məcbur edilmənin yolverilməz olduğunu xüsusi vurğulayırlar.