İcra Hakimiyyətinin sərəmcanını saxtalaşdıranlar MƏHKƏMƏ QARŞISINDA

12/12/2018 - 10:29 796 0   0  

Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının saxtalaşdırmaqda təqsirləndirilən Elsevər Rufullayev, Əli Mərdanov və Oruc Rzayevin işi üzrə ibtidai istintaq başa çatıb.
Open.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İbrahim İbrahimlinin sədrlik edəcək.
Məhkəmənin hazırlıq iclası dekbarın 24-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluq birgə məlumat yaydığı məlumata əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin torpaq sahəsinin ayrılması və tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq qaydada müraciət etmədən Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilib. O, bu işdə Əli Mərdanov və Oruc Rzayevlə əlbir olub. Onlar bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.