İCRA BAŞÇISININ KORRUPSİYA ƏMƏLLƏRİ BARƏDƏ SENSASİON FAKTLAR – “Mənsur Məmmədov “DOST” İş Mərkəzini də öz qanunsuz əməllərinə şərik edib…”

26/05/2023 - 11:42 3 293 1   0  

Ucar rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev-13 də yaşayan Səlimov Elsevər Ağası oğlu tərəfindən Suveren.az-ın redaksiyasına şikayət məktubu daxil olub. E.Səlimov icra başçısı Mənsur Məmmədovdan şikayətçidir:

“Prezident İlham Əliyevin fərmanı ilə yaradılımış “DOST” İş Mərkəzinin xətti ilə çoxlu sayda kasıb insan işlə təmin olunub, ailələrini dolandırırlar. Ancaq çox təəssüf olsun ki, Ucar rayonunda belə deyil. Çünki rayonun icra başçısı Mənsur Məmmədov öz yaxın adamları və rüşvət verən imkanlı şəxslərin “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul olunmasına şərait yaratmışdır.

Mən özüm bir neçə ildir ki, “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında hər gün işə çıxmaqla, təmizlik işlərinə cəlb olunub işləyirəm. Ancaq «DOST» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adı işdə gedib, heç vaxt işə gəlməyən çoxlu sayda insana “gözün üstə-qaşın var” deyən yoxdur. Hansı ki, həmin şəxslərin çoxunun yaşı 65 dən yuxarıdır, qocalığa görə pensiya alırlar, həm də eyni vaxtda «DOST» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir, maaş alırlar. Həmin qoca adamlar və digər aylıq haqq verən şəxslər bir gün də olsun işə gəlmirlər. Bəzilərinin isə yaxın qohumları Ucar rayon Kommunal Müəssisələri Kombinatında mühasib, mühəndis və birqadir işləyir deyə onlara göz yumulur.

Bunu isə onlar Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri və birqadirləri ilə əvvəlcədən danışdıqları kimi aylıq pul verib edirlər. Yığlan pulların böyük hissəsi icra başçısı Mənsur Məmmədova çatır deyə birbaşa bu korrupsiya şəbəkəsinə nəzarəti şəxsən özü edir.

Hətta Mənsur Məmmədov işçilərin davamiyyətinə nəzarət edən “DOST” İş Mərkəzinin Bakıdakı rəhbərliyini də ələ alaraq, onları da saxtakarlığa şirnikləndirib. Belə ki, işçilərin işə gəlib-gəlməmələrini yoxlamağa Bakı şəhərindən “DOST” İş Mərkəzindən nəzarət etmək üçün gələn yoxlamalara pul verilir deyə, onlar “komxoz” rəhbərliyinin verdiyi siyahı üzrə hərəkət edirlər. Həmin siyahıda adları qeyd edilən şəxslər işdə olmasalar da, onları işə gələn kimi qeydə alırlar. Həmçinin, heç vaxt işə gəlməyən şəxslər yoxlama gələn zaman bir-iki saatlıq peyda olub, çıxıb gedirlər. Bütün bu proqramı icra başçısı Mənsur Məmmədov tərtib edərək, “DOST” İş Mərkəzi MMC-nin rəhbərliyini də özünə korrupsiya ortağı edə bilib.

Çünki mən bu qanunsuzluq barədə «DOST» İş Mərkəzinin direktoru Firuddin Cəbrayılova şikayət ərizəsi ilə müraciət etsəm də, heç bir araşdırma aparmadılar, mənimlə bir dəfə telefon əlaqəsi saxlamaqla işlərini bitmiş hesab etdilər.

Xahiş edirəm diqqət edin, adı işdə gedib, özləri aylıq verib işə gəlməyənləri aşağıdakılardır:

1. Cəfərova Ləman Soltan qızı. İşə gəlmir, atası Soltan Xəlilov “komxoz”da birqadir işləyir, ona qanunsuz davamiyyət yazır;

2. İsrayılova İradə Əvəz qızı. 68 yaşı var, bir gün də olsun işə gəlməyib, hər ay maaş və pensiya alır;

3. İradə İsrayılovanın həyat yoldaşı Ələkbərov Şahlar Xəlil oğlu. 68 yaşı var, işə gəlmir, hər ay maaş və pensiya alır;

4. İbrahimov Kamran Rüstəm oğlu. Bahalı avtomobil idarə edir, imkanlı varlı adamdır;

5. Məmmədova Sevinc Əlikram qızı və onun bacısı Səbinə Əlikram qızı. Hər ikisi Xırdalan şəhərində yaşayır, ancaq hər ay maaş alırlar;

6. Abdullayev Fəqan Rza oğlu, “komxoz”un mühasibi Xatirə Abdullayevanın qardaşı. İşə gəlmir, hər ay maaş alır. Həmçinin, Fəqanın həyat yoldaşı Könül Əflatun qızı Abdullayeva da adı işdə gedib, işə gəlmir;

7. Abdurəhimova Xəyalə Fəti qızı. Ucar şəhərindən 30 km uzaqda yerləşən Bərgüşad kəndində yaşayır, işə gəlmir;

8. Xəyalənin iki qardaşı Musayev Cavid və Musayev Sehran Fəti oğulları. Taksi sürürlər, adları işdə gedir, işə gəlmirlər;

9. Babaşov Azər Məhəmməd oğlu. 18 km aralıda yerləşən Lək kəndində yaşayır, aylıq verib işə gəlmir;

10. Əsgərov Əlibala Cəlil oğlu. İşə gəlmir, mağaza işlədir.

11. İslamova Səbirə Mirzə qızı. İşə gəlmir.

12. İsmayılzadə Fərda Mübariz oğlu. İşə gəlmir, “komxoz”un mühasibi Kəmalənin qardaşı oğludur;

13. Abdullayeva Ruhsarə Əhməd qızı. 14 km aralıda yerləşən Qazıqumlaq kəndində yaşayır, işə gəlmir, aylıq verir.

14. Həsənov Bəxtiyar Əsgər oğlu. Lək kəndində yaşayır, işə gəlmir;

15. İsmayılov Vüsal Akif oğlu. İşə gəlmir;

16. Mehdiyev Telman Cəmil oğlu. Lək kəndində yaşayır, işə gəlmir:

17. Məmmədov Mehman Əhməd oğlu. Qazıqumlaq kənd sakini, işə gəlmir;

18. Məmmədova Afət Rafiq qızı. Qazıqumlaq kənd sakini, işə gəlmir;

19. Piriyeva Səidə İbrahim qızı. Lək kəndində yaşayır, işə gəlmir.

20. Mövsümov Mitəza Mirhəşim oğlu. 12 km aralıda yerləşən Alpout kəndində yaşayır, işə gəlmir;

21. Qədirov Abdulbağı Rəşid oğlu. İşə gəlmir.

22. Rəhimova Nübar İsa qızı. 10 km aralıda yerləşən Qazyan kəndində yaşayır, işə gəlmir.

23. Rzayev Məhəmməd Rmazan oğlu. Lək kəndinin sakini, işə gəlmir;

24. Sadıqov İlqar Ramiz oğlu. Qazyan kənd sakini, işə gəlmir;

25. Şakirli İbrahim İlqar oğlu. 35 km aralıda yerləşən Şahlıq kəndində yaşayır, işə gəlmir.

26. Vahidov Zaur Məhəmmədəli oğlu. Qazyan kənd sakini, işə gəlmir;

27. Məmmədbəyli İbrahimbəy Umud oğlu. Bakıda yaşayır, işə gəlmir, hər ay maaş alır;

28. Hüseynov Arif Mehdi oğlu. İşə gəlmir, yaxın qohumu vəzifədə işləyir;

29. İmanova Gülayət Ağakərim qızı. 20 km aralıda yerləşən Qaradağlı kəndində yaşayır, işə gəlmir.

Bu siyahını çox uzatmaq olar ki, həmin şəxslər işə gəlmirlər, bəziləri qohumluğa görə, çox hissəsi isə aylıq pul verirlər deyə onlar barədə heç bir tədbir görülmür.

Hətta Ucar rayon Kommunal Müəssisələri Kombinatının direktoru, işçilərin davamiyyətinə nəzarət edən birqadirlər rayonda yoxlama olan zaman dərhal həmin adamlara məlumat verirlər. Ucarda olanlar həmin günü görüntü üçün işə gəlirlər, rayondan kənarda olanlar isə gələ bilməsələr də, birqadirlər onların səhər tezdən işdə olub təmizlik işi aparıb, evə getdikləri haqda yalandan izahat verirlər. Bunu təsdiq etmək üçün onların işlədikləri ərazidə olan müşahidə kameralarının yaddaşındakı video kadrlara baxmaq kifayətdir. Həmin ərazilərdəki video müşahidə kameralarına baxılarsa, subut olunacaq ki, həmin şəxslər bir gün də olsun işə gəlməyiblər, ancaq hər ay maaş alırlar. Bütün bu cinayətin başında isə icra başçısı Mənsur Məmmədov şəxsən özü dayanır.

Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri Asəm Kərimov icra başçısı Mənsur Məmmədova aylıq haqqı düzgün vermədiyi üçün öz ərizəsi ilə işdən çıxarılmağa məcbur edilib. Onun vəzifəsinin icrasını hazırda Mənsur Məmmədov öz qohumu Nazim Abbasova həvalə edilib.

Təmizlik işlərinə baxan 400 nəfərdən çox işçisi olan Ucar rayonu zibbiliyə qərq olub, rayon natəmizlik içində itib-batır.

Mənsur Məmmədovun korrupsiya əməllərinə görə rayonda kasıb, imkansız insanlar işsiz qalıblar, “DOST” İş Mərkəzinin fəaliyyəti iflic olub.

Həmçinin, DOST İş Mərkəzinə məxsus çoxlu sayda maaş kartları Mənsur Məmmədovdadır.

Korrupsiya əməlləri ilə dövlət büdcəsini talan edən Ucar rayonunun xaraba günə salan Mənsur Məmmədovun cinayət əməlləri bununla bitmir. Ucar rayonunda yerləşən digər idarə və müəssisədə adı işdə gedən şəxslərin maaş kartları icra başçısındadır. Həmin idarələr Yaşıllıq, Yol İstismarı İdarəsi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Kənd icra nümayəndəlikləri, Mənzil İstismarı İdarəsi və sairədir.

Mənsur Məmmədov talançılıq yolu ilə böyük əmlaklara sahiblənib, kapitalının isə təxminən 100 milyon dollardan çox olduğu deyilir. Bu barədə növbəti dəfə mətbuata geniş açıqlama verəcəm.

Ucar rayon sakinləri Prezident cənab İlham Əliyevdən qətiyyətli addım atıb, bu korrupsioner icra başçısının nə vaxt cəzalanacağını səbrsizliklə gözləyirlər”.

Suveren.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.