Hüseyn Həsənovun cangüdəni "Gelandawagen"lə bir neçə maşını əzdi

30/10/2018 - 13:30 1 519 0   0  

Rusiyada xeyli məşhur olan azərbaycanlı bloger Hüseyn Həsənovun mühafizəçisi Moskvanın mərkəzində zəncirvari qəza törədərək, bir neçə avtomobilin xəsarət almasına səbəb olub.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, səliqəsiz sürücünün “rəisi” Hüseyn Həsənov bütün xərcləri öz üzərinə götürüb. Həsənov özünün “İnstagram” səhifəsinin “history” bölməsində qeyd edib ki, mühafizəçisi məşhur Mixael Şumaxerin yolu8nu getmək istəyib, amma bir neçə maşını əzib.

“Mühafizəçimi işdən qovmaq fikrim yoxdur. Necə də olmasa, əzilən dəmirdir. Əsas odur ki, hamı sağ-salamatdır. Onun xəsarət yetirdiyi bütün avtomobillərə dəymiş zərəri ödədim”, - Həsənov yazıb.

Hüseyn Həsənov Sankt-Peterburqda anadan olub, 24 yaşı var. Onun “İnstagram” səhifəsinin 6,8 milyon abunəçisi var.