Hərbi bazaya HÜCUM: 126 hərbçi həyatını itirdi

21/01/2019 - 19:28 721 0   0  

Əfqanıstanda Vardak mərkəzi əyalətində hərbi bazaya Taliban hərəkatının hücumu nəticəsində 126 hərbçi həyatını itirib.

Bu haqda “Röyters” agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.

“Tolo News” telekanalının məlumatına görə, hücum edənlərdən 3-ü məhv edilib, 4-cü döyüşçü isə avtomobildə partlayıcı qurğunu işə sala bilib.