Əhmədzadə haqda şok faktlar üzə çıxdı – Xaricdə oğlu Cumanın adına olan milyonlarla dollarlıq obyektlər, villalar... / SƏNƏDLƏR

02/07/2019 - 22:55 394 0   0  

Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin Avropada geniş biznes şəbəkəsi üzə çıxıb. Suveren.az xəbər verir ki, bu haqda faktları açıqlayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook profilində yazır:
“Bu ayın 4-də Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə (o həm də Milli Bankın sədri Elman Rüstəmovun kürəkənidir) Çexiyanın Maliyyə Nazirliyinə bu ölkədəki Lipno Investment s.r.o. şirkətinin yeni maliyyə sənədlərini təqdim edib. Sənədlərə görə şirkətin 31 dekabr 2018-ci il tarixdə aktivləri 46 milyon 689 min çex kronu və ya təxminən 2 milyon 89 min dollar təşkil edib. Bundan başqa şirkətin qeyri-maddi mal varlığı 45 milyon 577 min krona (təxminən 2 milyon dollar), daşınmaz əmlak varlığı 41 milyon 650 min krona (1 milyon 860 min dollar) çatıb.
Xatırladım ki, Lipno Investment s.r.o. 2017-ci ildə Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (Elman Rüstəmovun qızı) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktibləri 34 milyon 399 min kron və ya 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Şirkət Cümə Əhmədzadənin Çexiya Müdafiə Nazirliyindən 2014-cü ilin mayında aldığı və yenidən inşa etdiyi, ümumilikdə 7 milyon dollara başa gələn Hurka hotelini idarə edir. Hotel əsrarəngiz Lipno gölü sahilində yerləşir.
Əhmədzadənin İngiltərədə də böyük biznesi var, bu yaxınlarda isə Türkiyədə daha bir şirkət açıb”.
Muxalifet.az onu da xəbər verir ki, uzun illərdir Melorasiya və Su Təsərrüfatı ASC-yə rəhbərlik edən Əhməd Əhmədzadə 1991-cidə Azərbaycan Respublikasının Ali Sovetində “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul edilərkən Dövlət Müstəqilliyimizin əleyhinə səs verən 31 deputatdan biri olub. Maraqlıdır ki, həmin 31 deputatdan əksəriyyəti bu gün ölkəmizdə yüksək vəzifə sahibləri dir və onların ölkədə və xaricdə dəyəri milyonlarla dollarla ölçülən biznes şəbəkələri mövcuddur.

Suveren.az
 
Redaksiyadan: Qarşə tərəfin mövqeyini dərc etməyə hazırıq.