“Hilton” hotelində yanğın baş verib

25/12/2018 - 23:23 937 0   1  

Dekabrın 25-də “Hilton Baku” hotelinin mətbəxində kiçik yanğın baş verib.

Bu barədə hoteldən məlumat verilib.

Məlumatda bildirilir ki, yanğın hotel əməkdaşları tərəfindən anında aradan qaldırılıb.

“Qonaqların və işçi heyətinin təhlükəsizliyi üçün hər kəs təxliyyə olunub və təhlükəsizlik proseduru olaraq FHN əməkdaşları hadisə yerinə çağırılıb. Hazırda yanğının səbəbi hazırda araşdırılır. “Hilton Baku” tam şəkildə fəaliyyətinə davam etdirir”, - deyə açıqlamada qeyd olunur.(oxu.az)