Heyvanlardan keçən virus 42 nəfəri öldürdü - Fövqəladə vəziyyət

02/02/2019 - 19:30 1 675 0   0  

Qərbi Afrika ölkəsi olan Nigeriyada heyvanlardan insanlara keçən “Lassa malyariyası” epidemiyasından 42 nəfər ölüb.

Nigeriya Səhiyyə Mərkəzindən verilən açıqlamaya görə, ölkənin 16 bölgəsində 538 hadisə qeydə alınıb.

Siçan nəcisindən yoluxan xəstəlik insandan insana keçə bilir və ölümcül qızdırmaya gətirib çıxarır.

Ölkə rəhbərliyi və səlahiyyətli şəxslər əhalini təmizliklə bağlı diqqətli olmağa, gəmirici heyvanlarla təmasdan yayınmağa çağırıb.(teleqraf)