Heyvanda bu əlamətlər varsa, "donuz qripi"dir - Təsərrüfatı olanlar diqqətli olun!

11/01/2019 - 18:29 2 311 0   0  

Baytar mütəxəssislər “donuz qripi” xəstəliyi barədə təsərrüfatda çalışanları bir daha məlumatlandıraraq bildiriblər ki, xəstəliyin inkubasiya dövrü 1 -2 gündür, nadir hallarda 6 -7 gün də olur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Open.az-a verilən məlumat görə, xəstəliyin ilkin dövrində temperatur 41 0 C kimi qalxır, iştah pozulur, 2-3 gündən sonra heyvanın vəziyyəti daha da pisləşir, depressiya, ümumi zəiflik baş verir: "Xəstəliyin ilkin əlaməti öskürmək, burundan seliyin axması, çətin tənəffüs, əzələ və oynaqlarda ağrıların olmasıdır. İkincili infeksiyanın inkişafı ilə əlaqədar olaraq pnevmoniya, plevrit və perikardit inkişaf edir. Çoşqalar arasında ölüm 60-70%-ə kimi çata bilir".
Xidmətdən bildirilib ki, xəstəliyin spesifik müalicəsi yoxdur, heyvanlarda yalnız simptomatik müalicə aparılır: "Odur ki, hər hansı narahatçılıq zamanı baytar həkimi ilə əlaqə saxlanılsın".