Heyvan bazarında 8 kq-a yaxın narkotik aşkarlandı

05/11/2018 - 22:40 3 298 0   0  

Cəlilabadda külli miqdarda narkotik maddə aşkarlanıb.

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iri və xırda buynuzlu heyvanların satışı bazarının həyətində ayaqyolunun arxa tərəfində torbada 3 ədəd bağlama aşkar edilərək götürülüb.

Həmin bağlamalar məhkəmə kimyəvi ekspertizaya təhvil verilib.

Ekspertizanın rəyinə görə, torbada ümumi çəkisi 5702 qram tünd qəhvəyi maddə, 2 min qram isə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik tərkibli tiryək olduğu müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.