Hesablama Palatası: BSU-da 2 ildir işləməyən avtomobilə yanacaq, hətta ehtiyat hissələri silinib

14/04/2019 - 13:26 4 990 0   0  

Hesablama Palatası: BSU-da 2 ildir işləməyən avtomobilə yanacaq, hətta ehtiyat hissələri silinib

Bakı Slavyan Universitetinin balansındakı buraxılış ili 1997-ci il olan QAZ-3110 markalı avtomobil 2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilin yanvar-iyun aylarında ona ümumilikdə 1280,0 manat yanacaq xərci silinib.

Bu barədə informasiya  Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlaması zamanı üzə çıxıb.

Bakı Slavyan Universiteti üzrə daxilolmaların, xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.