Həbsxana nəzarətçiləri ruhi xəstə məhkumu vəhşicəsinə döydülər - VİDEO

01/04/2019 - 17:19 3 955 0   0  

ABŞ-ın Alabama ştatında dəhşətli hadisə baş verib.
Suveren.az “Ölkə.Az”a istinadən xəbər verir ki, həbsxanaların birində nəzarətçilər bir ruhi xəstə məhkumu amansızca döyüblər. Görüntülər üzə çıxdıqdan sonra həbsxana nəzarətçilərini işdən qovublar.
Video kadrlar məhkumun vəkili tərəfindən yayımlanıb. Həbsxana nəzarətçiləri yüksək səslə güldüyü üçün məhkumu susdurmaq üçün belə bir addım atıblar. İçəri girən nəzarətçilər əvvəlcə məhkumu divara çırpıblar. Sonra onlardan biri məhkumun üzünə yumruq zərbəsi endirib. Bundan sonra isə yerə yatırıb elektrik tapançası ilə vurublar. Bütün bu vəhşilik məhkumu stula bağlayana qədər davam edib.
Hadisədən sonra 3 həbsxana nəzarətçisi vəzifədən uzaqlaşdırılıb. Onlar haqqında cinayət işi qaldırılıb.
Vəkil isə həbsxana rəhbərliyinə qarşı 1.4 milyon dollarlıq təzminat iddia edir və məhkəməyə müraciət edib.