Həbsxana həyatı yaşayan ULDUZLAR: SİYAHI və CİNAYƏT ƏMƏLLƏRİ

03/11/2018 - 12:52 1 390 0   0  
Türkiyə şou-biznesinin bir sıra ulduzları ömürlərinin bir hissəsini dəmir barmaqlıqlar arasında keçiriblər.
“Ölkə.Az” siyahını və kimin hansı cinayətə görə həbs yatdığını oxucuları ilə bölüşür.


Bülənt Ərsoy

1980-ci ilin 19 sentyabr tarixində evinə gələn hakimi təhqir edən Bülənt həbs edilib. 11 ay 20 gün həbs cəzasına məhkum edilib. Sonra isə Bülənt Kuşadasında bir jurnalistə hücum edib fotoaparatını qırmışdı. Bu cinayətə görə də 2 ay həbsdə yatıb.


Doğuş

 

Bir müddət küçələrdə qalıb müxtəlif cinayətlərə əl atan Doğuş zorlama ittihamı ilə 1993-cü ildə 1 il 9 ay həbs cəzasına məhkum edilib. 4 ay həbsdə qaldıqdan sonra zorladığı Pınar Çankır ilə ailə qurub azadlığa çıxıb.


İbrahim Tatlısəs

İbrahim 1987-ci ildə İzmirdə film çəkir və bəzi səhnələri İzmir Sərgisində çəkmək istəyir. İcazə olmadığı üçün polis çəkiliş qrupunu sərgiyə buraxmayıb.

Buna əsəbləşən Tatlısəs polislərlə mübahisə edib. Polis məmurunu təhqir etdiyi üçün 16 gün həbsxanada yatıb.


Sərdar Ortaç

Müğənni Sərdar Ortaç 1999-cu ildə hərbi xidmətə getməmək üçün hiylə işlədib və buna görə də 54 gün həbsdə yatıb.


Ebru Şallı

1999-cu ildə kokain istifadəçisi kimi saxlanılıb. Sonra isə həbs edilərək Bakırköy həbsxanasına göndərilib. 15 günü burada keçib.


Gökhan Özən

Saç ustası Mehmet Gülsümün qaçırılıb döyülməsində iştirak etdiyi üçün 2 ay həbsdə qalıb. Şikayət ərizəsi geri götürüldüyü üçün azadlığa buraxılıb.

Amma məhkəmə prosesi davam edib və hakim 2 il iş kəsib. 


Burhan Çaçan

1991-ci ildə “Hafta Sonu” jurnalında çıxan məqaləsində Ibrahim Tatlısəsi təhqir edib. Tatlısəs məhkəməyə müraciət edib və Burhan bir müddət həbsdə qalıb.


Haluk Ləvənt

Haluk Ləvənt 1997-ci ildə on il əvvələ aid 3 milyon lirəlik sənədə görə həbs edilib. 9 ay 15 gün həbsdə yatıb.


Kənan Kalav

Ulduzunun parladığı dövrdə narkotik maddə qaçaqmalçılığı ilə həbs edilən Kənan bir neçə il İspaniyada cəzasını çəkib.


Tuğba Özay

Tuğba Yaşar Özün adamı olan Abdulcabbar Kibaroğlunu sevgilisi Akını vurmağa təşviq etdiyi üçün həbs edilib.


Dəniz Səki

Narkotik maddə istifadəsi, narkotik maddə istifadəçilərini təmin etmək cinayətinə görə həbs edilib.