Həbib Nurməhəmmədova ağır itki üz verdi

24/11/2018 - 20:30 5 572 0   0  

Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun babası dünyasını dəyişib.

Suveren.az xəbər verir ki, bu barədə rusiyalı idmançının meneceri Əli Əbdül-Əziz məlumat yayıb.

O, “Instagram” səhifəsində yazıb:

“Hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq”.

Daha öncə Həbib UFC 223 turnirindən qayıtdıqdan sonra babasını ziyarət etmişdi və çempionluq kəmərini onun çiyninə salmışdı.