Hava KƏSKİN DƏYİŞİR: temperatur 10 dərəcə enəcək, Bakıya İLK QAR YAĞACAQ

15/01/2019 - 13:22 1 702 0   0  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometeorologiya Departamenti yaxın günlərdə müşahidə ediləcək xüsusi təhlükəli hidreometeroloji hadisə ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Suveren.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, yanvarın 16-da paytaxtda və bölgələrdə mülayim, yağmursuz hava şəraiti müşahidə ediləcək. Cənub-qərb küləyi arabir güclənəcək.
“Lakin yanvarın 16-dan 17-nə keçən gecədən başalayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Şiddətli şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürətinin 28-33 m/san, arabir 35-38 metr/saniyəyə çatacağı gpzlənilir”.
G.Məmmədova bildirib ki, ötən günlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək:
“Respublikanın rayonlarında yağıntılı hava şəraiti müşahidə ediləcək. Sulu qar, qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacaq. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var. Bakıda və Abşeron yarımadasında yanvarın 17-də yağıntının sulu qara və qara keçəcəyi ehtimal edilir. Havanın temperature 0-2 dərəcə isti olacaq”.