Hacı İbrahimin qardaşının işi məhkəmədə - Qərar

28/11/2018 - 11:49 2 443 0   0  

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov mülki iddia qaldırıb.
O, Etibar Allahverdiyevə 162 min 400 dollar maddi, 50 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib. Məhkəmə mülki iddianı icraata götürüb.
Daha sonra cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmə baxış iclası dekabrın 5-nə təyin olunub.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə zərərçəkmişlərə 2 milyon manat ziyan dəyib.
Sahib İbrahimovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Sahib İbrahimovun rəhbərlik etdiyi tikinti şirkətinnə müraciət edən vətəndaşların pulun ələ keçirməkdə ittiham olunur.
İstintaq dövründə Sahib İbrahimov tərəfindən zərərçəkmişlərə dəymiş ziyanı ödəyib.
Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.