Gürcüstanın yeni Prezidentinin inauqurasiyasının keçiriləcəyi şəhər məlum olub

05/12/2018 - 13:31 631 0   0  

Gürcüstanın yeni seçilən Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi Telavi şəhərində keçiriləcək.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu xanım dövlət başçısının özü jurnalistlərə açıqlamasında bildirib.

O, mərasimin detalları üzərində iş aparıldığını deyib: “İnauqurasiya mərasiminə qatılmaq üçün xarici qonaqlara dəvətlər göndərilib. Biz diplomatik münasibətlərimizin olduğu hər bir ölkədən nümayəndə dəvət edəcəyik. Təbii ki, Giorgi Marqvelaşvili də mərasimdə iştirak edəcək”.

Andiçmə mərasiminin Telavi şəhərindəki Batoni qəsrinin ərazisindəki sarayda keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-na təyin olunub. Gürcüstanda ilk dəfədir prezidentin inauqurasiyası paytaxt Tbilisidə keçirilməyəcək. Hazırkı prezidenti Giorgi Marqvelaşvili və sabiq dövlət başçısı Mixeil Saakaşvilinin andiçmə mərasimləri Gürcüstan parlamentinin Tbilisidəki binasının daxili həyətində baş tutub.