Gürcüstanda torpaq sürüşməsi

27/10/2018 - 19:16 1 681 0   0  

Gürcüstanın Acarıstan Respublikasının dağlıq ərazilərində leysan yağışları nəticəsində baş verən torpaq sürüşmələri Xelvaçauri rayonunun 7 kəndinə ziyan vurub.

Aqara, Korolistavi, Zeda Coço, Sameba, Zanakidzebi, Çarnali, Sarpi yaşayış məntəqələrində yollar dağılıb, elektrik xətləri və su kəmərləri sıradan çıxıb.

Yerli qurumların məlumatına görə, Sameba kəndində evləri yararsız hala düşən bəzi ailələr təxliyə oluna bilər. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün rayon bələdiyyəsində fövqəladə qərargah yaradılıb.