Gürcüstanda seçici fəallığı təqribən 47 faiz təşkil edib

28/10/2018 - 23:53 1 753 0   0  

Gürcüstanda prezident seçkilərində seçici fəallığı 46,74% təşkil edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze bildirib.

O, deyib ki, seçkilərdə ümumilikdə 1 milyon 637 min 956 vətəndaş iştirak edib.

Seçicilərin ən yüksək fəallığı Keda rayonunda (64,74%), ən aşağı fəallıq isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda (36,47%) qeydə alınıb.

Tbilisiyə gəlincə, paytaxtda seçici fəallığı 45,4% olub.