Gürcüstanda seçici fəallığı 47 faizi keçdi

28/11/2018 - 19:32 2 266 0   0  

Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 17:00-a olan məlumata əsasən 47,31% təşkil edib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Səsvermədə artıq 1 662 453 seçici iştirak edib.

Yüksək seçici fəallığı Acarıstan Muxtar Respublikasının Keda qəsəbəsində (58%), ən aşağı fəallıq isə Kvemo Kartli bölgəsinin Tsalka şəhərində (37%) qeydə alınıb.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.