Gürcüstanda prezident seçkilərinin ikinci turu bu tarixdə keçiriləcək

14/11/2018 - 22:02 21 613 0   0  

Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.

Yerli mətbuat yazır ki, bu barədə qərar Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.

Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub. Seçkilərin ikinci turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.

Xatırladaq ki, Vaşadze Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin partiyasını təmsil edir.