Gürcüstanda prezident seçkiləri 2-ci tura qaldı

29/10/2018 - 01:00 20 956 0   0  

Gürcüstanda prezident seçkiləri 2-ci tura qaldı.

Bu barədə politoloq Şahin Cəfərli facebook profilində yazıb. O, qeyd edib ki, bu, demokratikləşmə, avropalaşma yolunda irəliyə doğru böyük addımdır.

"İkinci turda Vahid Milli Hərəkat (Saakaşvilinin partiyası) başda olmaqla, 11 partiya tərəfindən namizədliyi irəli sürülmüş Qriqol Vaşadze və "Gürcü Arzusu"nun dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvili mübarizə aparacaq.

Üçüncü yeri tutmuş David Bakradze 2-ci turda Vaşadzeni dəstəkləyəcək.

Onu da əlavə edim ki, soydaşlarımızın əksəriyyəti Vaşadzeyə səs verib".