Gürcüstanda gərginlik: Saakaşvili orduya müraciət etdi

28/10/2018 - 23:15 6 286 0   0  

Gürcüstanda prezident  seçkiləri başa çatıb. İlkin məlumatlara görə, hakim “Gürcü Arzusu” partiyasının da dəstək verdiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.Lakin elan olunan ilkin nəticələr müxalifəti narazı salıb.

Suveren.az politjournal.com saytına  istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə üzərindən polisə və orduya  müraciət edib. Facebookda canlı yayına çıxan Saakaşvili müraciətində onları təxribata getməməyə çağırıb: “Biz ikinci tura razıyıq. Seçkilərin ikinci turuna sülhlə getməyə hazırıq. Əgər hakimiyyət birinci turda qələbəsini elan etsə, əmin olsunlar ki, gürcü xalqı küçələrə çıxacaq və öz azadlıqsevərliyini nümayiş etdirəcək. Qoy, bilsinlər ki, biz xoşluqla təslim olmayacağıq”.

Qeyd edək ki, Saakaşvili sabiq xarici işlər naziri, prezidentliyə namizəd Qriqol Vaşadzeni dəstəkləyir.