Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı

14/04/2020 - 19:20 7 153 0   0  

Gürcüstanda aprelin 21-dək elan olunan fövqəladə vəziyyətin müddəti mayın 10-na qədər uzadılıb.

Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, aprelin 15-dən saat 21:00-dan başlayaraq Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərləri bütün hərəkət 10 gün ərzində qadağan olunacaq.

Qeyd edək ki, Gürcüstanda indiyədək 296 nəfər koronavirusa yoluxub. Onların 69-u sağalıb, 3-ü isə ölüb.

Qonşu ölkədə martın 31-dən ümumi karantin elan olunub. Xüsusi rejim çərçivəsində saat 21:00-dan 06:00-dək komendant saatı da tətbiq edilir./Report