Gürcüstanda koronavirus epidemiyası ətrafındakı sosial şəbəkələrdə yayılan səs-küydə bəzi qüvvələrin bu epidemiyadan xəbis siyasi maraqlar üçün istifadə etmək istəyi açıq görünür. Bundan əlavə, koronavirus epidemiyası ilə əlaqədar Gürcüstanda informasiya hücumları və təxribatları əsasən ölkənin azərbaycanlı icmasına və Gürcüstanın Pravoslav kilsəsinə tuşlanıb.
İlk baxışdan, bu, qəribə görünə bilər. Bundan başqa da, bir müddət əvvəl erməni təxribatçıları Gürcüstan Pravoslav Kilsəsinin dindarlarını Azərbaycana qarşı təhrik etməyə, qalmaqallar və “David Garedji” monastırı (Keşikçidağ məbədi) ətrafında təxribatla yaratmağaq çalışdılar. Ancaq həm Azərbaycan icmasının, həm də Gürcüstan Pravoslav Kilsəsinin alacağı zərbələrdən əsas faydalanan qüvvənin kim olacağını düşünəndə hər şey yerinə düşürdü...
Paradoks olsa da, Ermənistanın Cənubi Qafqazda koronavirusa yoluxmuşların sayına görə lider olmasına rəğmən, Grücüstanda heç kim bu ölkəyə və onun vətəndaşlarına, habelə Gürcüstanın erməni icmasına qarşı hansısa əks fikir söyləmir, şikayət etmir. Baxmayaraq ki, erməni iş adamları üçün yük daşımış gürcü sürücülərdən biri artıq Ermənistanda koronavirusa yoluxub. Üstəlik, pandemiya geniş şəkildə yayılan Ermənistandan koronavirusa yoluxmuş Rusiyaya və əksinə külli miqdarda mal və sürücü axını var. Lakin, maraqlıdır ki, sosial şəbəkələrdə heç kim Ermənistanın Gürcüstandan bir növ "koronaviruslu keçid" düzəltməsinə qarşı deyil.
Hücumlar, qəzəb və təxribatçı çağırışlar yalnız Azərbaycan icmasına və Gürcüstan Pravoslav Kilsəsinə yönəlir. Hansı ki, ilk dəfə bu qədər təkəbbürlü və təxribatçı hücumlara BBC kimi nəşr "Təcrid olunmuş həyat: koronavirus Gürcüstanda ksenofobiyanın alovlanmasına necə səbəb oldu" məqaləsində reaksiya verməyə məcbur oldu: (https://www.bbc.com/russian/features-52187008)
Bu yazıdan çıxarışlar:
"Koronavirus pandemiyası müxtəlif ölkələrdə irqçilik və ksenofobiyanın yayılmasına səbəb oldu. Gürcüstan bu günə qədər koronavirus yoluxmasının artmasını dayandırmağı bacarsa da, ksenofobiya dalğası ondan yan keçmədi. Bu dəfə Asiya ölkələrindən gələn mühacirlər deyil, həmvətənləri olan etnik azərbaycanlılar sosial şəbəkələrdə təhqir hədəfinə çevrildi.
“Mənim üçün çox çətindi. Öz-özümə deyirəm ki, hər şey yaxşı olacaq... Sonra bu mesajlara rast gəldim və sadəcə inamımı itirirəm", - deyə Marneuli bələdiyyəsinin Tekalı kəndindən olan 22 yaşlı tələbə və jurnalist Gülgün Məmmədxanova öz Facebook səhifəsində yazıb.
Beləliklə, o, 62 yaşlı Marneuli sakininin koronavirusa yoluxduğu təsdiqləndikdən və Gürcüstanın cənubundakı iki rayonda karantin elan edildikdən sonra sosial şəbəkələrdə görünməyə başlayan təhqiramiz şərhlərə reaksiya verdi.
Bu vaxta qədər ölkədə 50-dən çox təsdiqlənmiş koronavirus infeksiyası hadisəsi mövcud idi. Hökumət təşvişə düşdü ki, Marneulidəki yoluxma, ölkə daxilində geniş miqyaslı infeksiyanın yayılmasının başlanğıcı ola bilər, çünki epidemioloqlar infeksiyanın mənbəyini tapa bilmədilər.
Martın 23-də Marneulidə və əhalisinin əksəriyyətinin etnik azərbaycanlılar olan qonşu Bolnisi bələdiyyələrində sərt karantin tətbiq olunması bununla izah edildi.
Rəsmilər, yoluxmuş şəxsin adını çəkmədilər. Lakin yerli xəstəxanaya getməmişdən əvvəl, onun çox adamın iştirak etdiyi məclisdə olduğu bildirildi. Qadının Azərbaycanda olduğunu həkimlərdən gizlətdiyi barədə şayiələr “oda yağ tökdü”.
Sosial şəbəkələrdə bir çoxları bu vaxta qədər Tiflisdəki klinikalardan birində ağır vəziyyətdə olan qadını cəzalandırmağa çağırdılar.
Şərhlər təkcə onu deyil, bu ərazilərdəki bütün etnik azərbaycanlıları profilaktik tədbirlərə əməl etməməkdə və gürcü dilini bilməməkdə günahlandırdı. Bəzi istifadəçilər daha da irəli getdilər - onları “geridə qalmış” adlandıraraq, Gürcüstandan qovulmalarını istədilər.
"Siz bu koronavirusu Azərbaycandan və İrandan gətirdiniz", "Sizdən nə qədər çox adam çıxıb getsə, o qədər rahat nəfəs alarıq" - belə şərhlər Marneulidə karantin barədə mesajlar altında görünməyə başladı".
Bu arada, təsdiqləndi ki, Gürcü Pravoslav Kilsəsinə də hücumlar var. Avropadakı kilsələrin bağlandığı kimi, karantin bəhanəsi ilə Patriarx İlyanın da bütün kilsələri bağlaması tələb olunur. Bunda kimin maraqlı olduğunun üstündə uzun müddət düşünmək gərək deyil. Nəzərə alsaq ki, Erməni Apostol Kilsəsi (AAC) 442 gürcü kilsəsinə, 23 gürcü kilsəsinə iddia edir.
Bu ibadətgahları istila etməyə bu gün orada pravoslav ayinlərin həyata keçirilməsi və dindarlar ilə ruhanilərin öz ziyarətgahları üçün mübarizə aparacaqlarını anlamaları mane olur.
Pasxa bayramı ərəfəsində, gürcü pravoslav kilsəsinə təzyiq kəskin şəkildə artdı. Gürcüstan Patriarxlığı kilsələrdə ciddi epidemiya əleyhinə tədbirlər tətbiq etsə də, xüsusən, ibadət edənləri məsafələrini saxlamağa və kiçik kilsələrdə, mümkünsə, küçədə ayını dinləməyə çağırır.
Gürcüstan ruhaniləri pravoslav kilsəsinə təzyiqlərdən də danışırlar.
Gürcüstan Pravoslav Kilsəsinə təzyiq fərqli səbəblərdən azalmır. Bundan əlavə, burada gürcü məbədlərinə iddia edən erməni millətçilərinin müttəfiqləri həddindən artıq liberal və “avropalı” gürcü siyasətçiləridir, onlar başa düşmürlər ki, gürcü pravoslav kilsəsinə təzyiq göstərməklə özləri gürcü dövlətçiliyinin əsasını məhv edirlər.
Öz kilsələrində dua etmək hüququ üçün gürcü xalqı əsrlər boyu mübarizə aparmışdı. İndi onu məbədləri bağlamağa, sonra isə ermənilərə “təqdim etməyə” çağırırlar?
Belə çıxır ki, sosial şəbəkələrin təxribatçılarının, “qəhrəman”larının nə dediklərinə baxsanız, Gürcüstanın problemləri pravoslav dindarlar və azərbaycanlılar, yəni Gürcüstan vətəndaşlarının əksəriyyətidir. Demək olar ki, onlar ölkədən çıxarılmalıdırlar. Sonra Gürcüstanda kim qalacaq? Bir dəstə liberal, qrantyeyənlər, yalnız gürcü məbədlərini və torpaqlarını ələ keçirməyə çalışan “qədim və mədəni” erməni millətçiləri?!
GÜRCÜSTANDA ERMƏNİ KƏŞFİYYATININ TƏXRİBAT CƏHDLƏRİ – Azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmaq ermənilərə nə üçün lazımdır...

Mənbə: BBC
Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA,
Suveren.az