Gürcüstan XİN-dən BƏYANAT-"Bu məqalə qərəzli xarakter daşıyır və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə problem yaratmağa yönəldilmişdir"

21/07/2020 - 13:01 4 798 0   0  

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan KİV-dən birinin yaydığı məlumat barəsində açıqlama verdi.

Suveren.az bu barədə "Kavkazplus" saytına istinadla bildirir. İdarədə bildirirlir ki, bir çox dəqiq olmayan məlumatı özündə əks etdirən dezinformasiya yayımlanıb.

Söhbət "Haqqin.az”portalının yaydığı, guya "12 iyuldan bir neçə gün əvvəl müxtəlif kalibrli minaatanların Serbiyadan Gürcüstan üzərindən Ermənistana göndərildiyi" haqqında yayılan məlumatlardan gedir. Nəşr həmçinin yazır ki, “sosial şəbəkələrdə yayılan məlumata görə, eyni gündə silah-sursat olan KamAZ avtomobilləri Rusiyadan Gürcüstana keçərək, Gürcüstan ərazisindən də Ermənistan ərazisinə keçdi”.

Gürcüstan Xarici İşlər Nazirliyi qeyd olunan məqalənin qərəzli olduğunu və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə problem yaratmağa yönəldiyini bildirir.

"Təəssüf ki, guya ciddi olan Azərbaycan İnternet nəşri faktları obyektiv təsvir etmir, ictimaiyyəti çaşdırır və strateji Gürcüstan-Azərbaycan tərəfdaşlığına və dostluğuna kölgə salmağa çalışır. Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan bir-birinə iki xalq arasında uzun müddətdir ki, inkişaf edən və dərinləşən dostluqla bağlanır.

Hər iki ölkə bölgədə mühüm rol oynayır, o cümlədən bir çox məsələlərlə birlikdə çox vacib regional və beynəlxalq layihələr həyata keçirir. Bu məqalə qərəzli xarakter daşıyır və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə problem yaratmağa yönəldilmişdir" deyildi.