Gürcüstan vətəndaşı Yunanıstanda ömürlük həbs cəzası alıb

15/11/2018 - 20:43 3 160 0   0  

Saloniki məhkəməsi Gürcüstan vətəndaşının miqrantları qeyri-qanuni daşıdığına görə 290 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarıb.

Miqrantları daşıyan cinayətkar qrup iraqlı miqrantın ölümü ilə nəticələnən avtomobil qəzası zamanı saxlanılıb. Qrup doqquz dəfə miqrantları Türkiyədən Yunanıstanın Saloniki və Afina şəhərlərinə qeyri-qanuni yolla daşıyıb.

Cinayətkar qrupun rəhbəri olan Gürcüstan vətəndaşı 290 il, onunla əlbir olan yunanıstanlı 69 il, moldovalı isə 36 il həbs cəzası alıblar.