Gürcüstan MSK səslərin 80%-dən çoxunu hesablayıb, "Gürcü Arzusu" öndədir

01/11/2020 - 11:52 399 0   0  

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 086-sı (80,22%) üzrə səsvermənin nəticələrini açıqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən "Gürcü Arzusu" Partiyası 48,34% səslə liderlik edir.

Vahid Milli Hərəkat 26,43%, Avropalı Gürcüstan Partiyası 3,78%, “Lelo” 3,26%, “Vətənpərvərlər Alyansı” 3,2%, “Aqmaşenebeli strategiyası” 3,16%, “Qirçi” 3,06%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,4%, Leyboristlər partiyası isə 1,% səs əldə edib.

***10:58

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 2 787-də (72,45%) səsləri hesablayıb.

Nəticələrə əsasən, səslərin 48,51%-ni "Gürcü Arzusu" Partiyası əldə edib.

İkinci yerdə Vahid Milli Hərəkat (26,15%), üçüncü yerdə isə Avropalı Gürcüstan Partiyasıdır (3,8%).

“Lelo” səslərin 3,28%, “Vətənpərvərlər Alyansı” 3,23%, “Aqmaşenebeli strategiyası” 3,15%, “Qirçi” 3,07%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,41%, Leyboristlər partiyası isə 1,02%-ni qazanıb.