Gürcüstan MSK: Seçici səslərinin 99,7 faizi hesablanıb, Salome Zurabaşvili öndədir - YENİLƏNİB-3

29/11/2018 - 08:01 442 1   0  

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ikinci turunun seçici səslərinin 99,7 faizinin hesablandığını açıqlayıb.

"Report" xəbər verir ki, rəsmi nəticələrə əsasən Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb.
Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.
Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib.