Gürcüstan DTX Keşikçi dağ məsələsindən sui-istifadə edən qüvvələri ifşa etdi

16/04/2020 - 16:37 10 379 0   0  

2019-cu ildə David Qareci məbədi (Keşikçi dağ) ətrafında baş verən hadisələrdə müxtəlif qüvvələr, həmçinin milli dəyərlərin qorunması adı altında gizlənən müəyyən şəxslər və qruplar iştirak ediblər.

Suveren.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) illik hesabatında bildirilib.

Sənədə əsasən, Gürcüstan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti və iki ölkə arasında qurulan strateji tərəfdaşlığı təhlükə altına qoyan dağıdıcı kampaniya aparılıb.

Suveren.az