Günəş ətrafında nəhəng dairə görüldü

19/01/2019 - 21:28 13 948 0   0  

Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub.

Bu hal bir neçə dəqiqə davam edib.

Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

“Report” xatırladır ki, yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində də bu təbiət hadisəsi müşahidə olunub.