Güclü qar yağması nəticəsində Xalxal yolu bağlandı

18/12/2018 - 19:18 5 359 0   0  

İranda Xalxal-Punel yolu güclü qarın yağması və qar uçqunu təhlükəsinə görə bağlanıb.

Trend-in məlumatına görə, İranın Xalxal Yol Nəqliyyatı İdarəsinin rəisi Məhəmməd Qurbani deyib ki, yolun bəzi hissələrində görmə məsafəsi 5 metrdən azdır.

Hava şəraiti yol qəzalarının da sayını artırıb. Əlborz vilayətinin təcili yardım idarəsinin rəhbəri Mehrdad Babayi deyib ki, yol qəzalarında 1 nəfər ölüb, 46 nəfər yaralanıb: "Kərəc-Qəzvin avtomagistralında minik və yük avtomobillərinin iştirakı ilə zəncivari qəza olub. Nəticədə 19 nəfər yaralanıb. Həmçinin başqa bir zəncirvari qəzada yük maşını bir pikap və dörd ədəd minik avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb".