"Əgər məni rayona icra başçısı versələr, oranı özüm kimi gözəlləşdirəcəm" - AFAQ ASLAN

21/12/2019 - 15:21 15 150 0   0  

Müğənni Afaq Aslan icra başçısı olmaq eşqinə düşüb.

Sosial mediada yayılan xəbərdə Afaq Aslanın icra başçısı olmaq iddiaları öz əksini tapıb. Belə ki, müğənni ötən günlərdə vəzifəsindən azad edilən icra başçısı haqqında bir neçə fikir səsləndirib. Bu fikirlərin ardından isə özü əgər icra başçısı seçilərsə görəcəyi işlərdən danışıb:

"Gərək xalqa kişi kimi xidmət edəsən. Rüşvət alan icra başçılarını düz edib cəzalandırıblar. Qanun qarşısında hamı məsuliyyət daşıyır. Əgər məni rayona icra başçısı versələr, həmin rayonu da özüm kimi gözəlləşdirəcəm".(mətbuat.az)