Göygöldə DƏHŞƏT: Vəhşi heyvanlar tərəfindən parçalanan MEYİT TAPILDI

29/01/2019 - 11:46 1 450 0   0  

Göygöl rayonunda kişi meyiti tapılıb.

Suveren.az Report-a istinadən xəbər verir ki, meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb.
Bədəninin müxtəlif hisaələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş hala salınan meyit tibbi-ekspertizaya aparılıb. Aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub.
Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb.
Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələ məlum deyil.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.